“Azərbaycan Hava Yolları” aviaşirkətinin Ankara-Bakı marşrutu üzrə J2 8004 reysini yerinə yetirən təyyarəsinin uçuşu texniki səbəbdən gecikir. "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə. reysin sərnişinləri Esenboğa Beynəlxalq Hava Limanına yaxın hoteldə yerləşdiriləcək və aviaşirkətin qaydalarına uyğun olaraq qidalanma daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcəklər. Əlavə suallar yarandıqda, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər. Aviaşirkət yaranmış narahatlığa görə üzr istəyir.