Almaniyanın "Bavariya" klubu yarımmüdafiəçisi Lennart Karlın müqavilə müddətini uzatmaq və məvacibini artırmaq niyyətindədir.
"Report" "Bild"ə istinadən xəbər veir ki, gələn ay 18 yaşını tamamladıqdan sonra futbolçunun mövcud, müddəti 2029-cu ilə qədər nəzərdə tutulan müqaviləsi avtomatik şəkildə peşəkar statusu alacaq.
Daha sonra Münhen təmsilçisi onunla müqavilənin müddətini 2031-ci ilə qədər uzatmaqla yanaşı, məvacibini də artırmağı planlaşdırır.
Hazırda Lennart Karlın təxminən 2 milyon avroya yaxın maaş aldığı bildirilir. Yeni müqavilədən sonra isə bu rəqəm 7 milyon avroya qədər artacaq.
Qeyd edək ki, 17 yaşlı almaniyalı futbolçu cari mövsüm bütün turnirlərdə meydana çıxdığı 22 matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.