IMG-LOGO

Bir məşq sayəsində 36 kilo arıqladı - VİDEO

11.03.2024 18:44 100 baxış
IMG

ABŞ-da bir kişi cəmi bir məşq sayəsində 36 kiloqram arıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Nyu-York şəhərində üç uşaq atası olan 32 yaşlı Cozef Qrem sadə iplə tullanaraq arıqlayıb.

Qrem bildirib ki, o, əvvəllər qaçışçı olub və 2012-ci ildə artıq 15 kiloqramdan artıq çəkidən qurtula bilib. Lakin 2019-cu ildə anasının ölümündən və 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən idman zallarının bağlanmasından sonra o, kökəlməyə başlayıb.

Kişi həddindən artıq yeməyə, şəkərli içkilər içməyə başladığını açıqlayıb. Onun çəkisi 112 kiloqrama yüksəlib. Tezliklə kişi sadə iplə tullanaraq artıq yağdan xilas olmaqla yanaşı, sağlamlığını da qaydasına salıb. 

Qrem özü deyir ki, sadə qaydalar da ona uğur qazanmağa kömək edib. Pəhrizdən lazımsız qidaları çıxarıb və şəkərin miqdarını azaldıb. 

Xəbər lenti