Bu ilin I rübündə Naxçıvan Muxtar Respublikasında 383,6 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub.
Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Nazirlər Kabinetindən bildirilib.
Məlumata görə, ÜDM-in 257 milyon manatlıq hissəsi xidmətlərdən yaranan əlavə dəyər, 88,1 milyon manatlıq hissəsi məhsul istehsalından yaranan əlavə dəyər, 38,5 milyon manatlıq hissəsi isə məhsula və idxala xalis vergilər olub.
Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycanda 29 milyard 703,2 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu, ötən ilin eyni dövrünə nisbətən 0,3 % azdır.
O cümlədən, son 1 ildə ölkənin neft-qaz ÜDM-nin dəyəri 1,2 % azalaraq 8 milyard 531,6 milyon manata düşüb, qeyri-neft-qaz ÜDM-nin dəyəri isə 0,2 % artaraq 21 milyad 171,6 milyon manata çatıb.