IMG-LOGO

Naxçıvanda büdcə daxilolmaları 4 %-dən çox artıb

14 Apr 2026 17:57 4 baxış
IMG

Bu ilin I rübündə Naxçıvanb Muxtar Respublikasında büdcə daxilolmaları 59,5 milyon manat təşkil edib.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Nazirlər Kabinetindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 % çoxdur.

Rüblük büdcə daxilolmalarının 54,8 milyon manatı vergi daxilolmaları, 3,7 milyon manatı gömrük daxilolmaları, 0,5 milyon manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 0,5 milyon manatı isə digər daxilolmalar olub.

Xəbər lenti