IMG-LOGO

AMB rəsmisi: "Heç bir bankla bağlı riskli vəziyyət yoxdur"

14 Apr 2026 16:47 4 baxış
IMG

Hazırda Azərbaycanda heç bir bankla bağlı riskli vəziyyət yoxdur.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə bildirib.

"Biz risk profilinə görə bankları kateqoriyalaşdırırıq və risk qiymətləndirilməsi çərçivəsində hansı banklar daha xüsusi yanaşma tələb edirsə, o banklarda daha sıx nəzarət rejimi yaradırıq. Amma bu o demək deyil ki, hansısa bankın vəziyyəti pisdir. ​Bütün məlumatlar şəffafdır. Biz banklardan tələb edirik ki, maliyyə hesabatlarını saytlarında açıqlasınlar. Bizim tələb olunan normativlərimiz bəllidir və həmin normativləri bankların açıqladığı məlumatlarla qarşılaşdırsanız görərsiniz ki, hazırda heç bir bankda kritik vəziyyət yoxdur. Sadəcə, bu normalar kimdə limitə yaxındırsa, onlarda nəzarəti daha sıx edirik ki, pisləşmə baş verməsin. Həmin bankların adlarını açıqlamaq bizim daxili nəzarət üzrə verdiyimiz qərardır. AMB yaxşı bilir ki, kimə daha sıx nəzarət etmək lazımdır", - deyə o qeyd edib.

Xəbər lenti