IMG-LOGO

Səidə Sultan 4 mərtəbəli villasından danışdı- 1 qəpik xərcləməmişəm

11 Mar 2024 15:00 98 baxış
IMG

Müğənni Səidə Sultan qatıldığı teleproqramlardan birində ərinin tikdirdiyi 4 mərtəbəli villadan danışıb.

Lent.az-ın xəbərinə  görə, o, villanı ərinin tikdirdiyini deyib. “Ərimin tikdirdiyi, təzə, 4 mərtəbəli villaya hələlik köçməmişik. Təmir  gedir. Villanı həyat yoldaşım tikir. Mən o işlərə  qarışmıram. Bu qadın yox, kişi işidir. Villaya mən bir qəpik də xərcləmirəm. Qazancımı sənətimə xərcləyirəm”,- müğənni bildirib.

“Lazım olanda ondan pul alıram. Yeni klip çəkdirəndə mənə maddi köməklik edir. Lazım olub və həyat yoldaşım mənə 4000-5000 manat pul verib”- o əlavə edib.

Xəbər lenti