IMG-LOGO

Şəkidə FACİƏ: yeni doğulan körpə öldü

11 Mar 2024 10:25 99 baxış
IMG

Şəkidə Regional Perinatal Mərkəzdə ölüm faktı qeydə alınıb.

Lent.az-ın məlumatına görə, Qəbələ rayonu Mıxlıqovaq kənd sakini Qalibə Cavadova fevral ayının 13-ü tarixində dünyaya uşaq gətirib.

Yeni və vaxtsız doğulan uşaqda qüsurlar olduğu üçün Şəkidə Regional Perinatal Mərkəzinə yerləşdirilib.

Aparılan müdaxilələrə baxmayaraq körpə mart ayının 9-u dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti