2025-ci ildə Azərbaycandakı investisiya şirkətlərinin xalis mənfəəti 2024-cü illə müqayisədə təxminən 32 % və yaxud 2,5 milyon manat azalaraq 5,4 milyon manat olub.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.
Sənədə əsasən, investisiya şirkətlərinin xalis mənfəəti artan haqq və komissiya, əmək haqqı və sosial xərclər, habelə inzibati xərclər fonunda azalıb.
Ötən ilin sonuna investisiya şirkətlərinin aktivləri illik müqayisədə 34 % (61 milyon manat) azalaraq 121 milyon manat, o cümlədən öhdəlikləri 50 % və yaxud 64 milyon manat azalaraq 64 milyon manat təşkil edib. İnvestisiya şirkətlərinin aktiv və öhdəliklərindəki azalmanı şərtləndirən əsas amil yüklü maliyyə aktivlərinin (repo/əks-repo əməliyyatları) həcminin azalması olub.