2025-ci ilin sonuna Azərbaycandakı investisiya şirkətlərinin müştəri aktivləri 2024-cü ilin sonuna nisbətən 35 % və yaxud 668 milyon manat artaraq 2,6 milyard manata çatıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.
Sənədə əsasən, müştəri aktivlərində artımın əsas drayveri xarici bazarda broker xidmətləri olub. Belə ki, xarici bazarda broker xidmətləri üzrə müştəri aktivləri 31 % (580 milyon manat) artaraq 2,2 milyard manat təşkil edib.