IMG-LOGO

Azərbaycan banklarında qeyri-işlək kreditlərin məbləği 16 %-dən çox artıb

13 Apr 2026 16:42 3 baxış
IMG

Bu il yanvarın Azərbaycanın bank sektorunın qeyri-işlək kredit (QİK) portfeli 763 milyon manat təşkil edib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.

Sənədə əsasən, bu, ötən il yanvarın 1-nə nisbətən 16,4 % və yaxud 107 milyon manat çoxdur.

İl ərzində qeyri-işlək portfellər üzrə istehlak kreditlərində 58 milyon manat, biznes kreditlərində isə 54 milyon manat artım, ipoteka kreditlərində isə 5 milyon manat azalma baş verib. Nəticədə, qeyri-işləklərin cəmi kredit portfelində payı 0,1 faiz bəndi artaraq 2,5 % təşkil edib.

"Mümkün kredit risklərini tam qarşılaya bilmək üçün bank sektorunun yetəri qədər ehtiyatlanması mövcuddur. Bank sektorunda kreditlər üzrə mümkün zərərləin ödənilməsi üçün yaradılmış məqsədli ehtiyatların məbləği 1,75 milyard manat təşkil edir ki, bu da qeyri-işlək portfelidən 230 % çoxdur. Xüsusilə də, istehlak kreditləri üzrə yaradılmış məqsədli ehtiyatlar 1,27 milyard manat olub ki, bu da istehlak kreditləri üzrə QİK məbləğindən təxminən 4 dəfə çoxdur. Qeyd edilən faktlar bank sektorunun ehtiyatlanma səviyyəsinin potensial risklərin absorbsiya edilməsinə imkan verdiyini deməyə əsas verir", - deyə hesabatda qeyd olunub.

Xəbər lenti