Liviyanın paytaxtı Tripolinin cənub ətraflarında silsilə partlayışlardan sonra güclü yanğın baş verib.
Lent.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Hadisədə yeddi nəfər xəsarət alıb.
Yanğının səbəbləri və partlayışların mahiyyəti barədə məlumat verilmir.
Liviyanın Əl-Mərsəd xəbər portalı bazar günü səhər saatlarında Əl-Kərimiyyə bölgəsində başlayan yanğının sürətlə ətrafa yayıldığını və yağların və tezalışan materialların saxlandığı anbarlara çatdığını bildirib.
Dörd saatdır ki, yanğın davam edir və yanğınsöndürənlər hələ də alova nəzarət edə bilmirlər.
Xilasedicilər yanğının daha da yayılması təhlükəsi olan evlərin sakinlərini təcili olaraq təxliyə edirlər.