IMG-LOGO

Azərbaycanda restrukturizasiya olunmuş kreditlərin ümumi məbləği 14 % azalıb

13 Apr 2026 16:49 3 baxış
IMG

2025-ci ildə Azərbaycanda restrukturizasiya olunmuş kreditlərin ümumi məbləği təxminən 14 % və yaxud 154 milyon manat azalaraq 950 milyon manata düşüb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.

Sənədə əsasən, azalma əsasən biznes portfeli (290 milyon manat) üzrə olub. İstehlak portfeli üzrə isə restrukturizasiya edilmiş kreditlərdə artım (135 milyon manat) müşahidə edilsə də, ipoteka portfeli üzrə restrukturizasiya edilmiş kreditlərdə ciddi dəyişiklik baş verməyib.

Xəbər lenti