IMG-LOGO

Ödənişli yolda qəza: Ölənlər var - YENİLƏNİB

28 Nov 2023 21:15 105 baxış
IMG

Ödənişli yolda “Nissan Xtrail”in aşması nəticəsində xəsarət alan 59 yaşlı Xalis Babayev Xaçmaz rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Lent.az APA-ya istinadla xəbər verir ki, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

***

20.41

Bakı-Quba-Rusiya sərhədi ödənişli magistralın Xaçmaz rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, Nissan Xtrail markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza zamanı 55 yaşlı Təranə Babayeva hadisə yerində ölüb. 59 yaşlı Xalis Babayev isə, müxtəlif dərəcəli xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib.

Qəzanın baş verməsinə ilkin səbəb kimi yüksək sürət göstərilir.

Faktla bağlı araşdırma aparılır.  

Xəbər lenti