Braziliyalı futbolçu Rojerio Seni karyerası ərzində 131 qol vurub.
Bəli, ciddi nailiyyətdir. Amma daha ciddi performansı ilə öyünə bilən çoxlu futbolçu var.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bununla belə, bir nüans var. Fakt budur ki, Rojerio Seni qapıçıdır.
Qapıçı bu qədər qol vurmağı necə bacarıb?
Cavab sadədir: Seni futbolçunun 1992-ci ildən 2015-ci ilə kimi qapısını qoruduğu “San-Paulo” klubunda cərimə və penalti zərbələrini vurub.
Qapıçı peşəkar səviyyədə ilk qolunu 1997-ci ildə Paulista Liqasında “Union San-Juan”a qarşı oyunda cərimə zərbəsindən vurub.
Seni 131-ci qolunu 2015-ci ilin yayında Braziliya kuboku çərçivəsində keçirilən oyunda vurub. O zaman “San-Paulo” “Seara” komandasını məğlub edib. Qapıçı penaltini qola çevirib.
Rojerio Seninin digər nailiyyətləri
Seni qapıçılar arasında vurulan qolların sayına görə rekordçudur. Ancaq bu, idmançının yeganə uğurundan uzaqdır.
2002-ci ildə qapıçı Braziliya millisinin tərkibində dünya futbol çempionu olub. Düzdür, o zaman Seni ehtiyat qapıçı idi. Bundan əlavə, Seni üçqat Braziliya çempionu və Cənubi Amerikada əsas klub yarışının ikiqat qalibidir.