IMG-LOGO

Əkiz uşaqlı hamilə qadın xəstəxanada öldü

10.03.2024 03:57 50 baxış
IMG

Rusiyanın Vladimir Regional Perinatal Mərkəzində əkiz uşaqlı hamilə qadın ölüb.

Lent.az xəbər verir ki, bu barədə regional Səhiyyə Nazirliyi "Telegram" kanalında məlumat yayıb.

“Səhiyyə Nazirliyi rayon perinatal mərkəzində əkiz övladına hamilə olan qadının vəfat etməsi faktını təsdiq edir və faciə ilə əlaqədar ailəsinə dərin hüznlə başsağlığı verir.Nazirlik tərəfindən şöbə müfəttişliyi təşkil edilib, onun nəticələrinə əsasən qanun pozuntuları aşkar edilib”, - deyə məlumatda bildirilir.

İstintaq Komitəsinin rayon üzrə istintaq idarəsindən verilən məlumata görə, 1989-cu il təvəllüdlü qadının ölümü ilə bağlı araşdırma aparılır, hadisə yerinə baxış keçirilib, sənədlər götürülüb, şəxslərlə söhbətlər və digər yoxlamalar aparılıb. 

Xəbər lenti