Martın 9-da Macarıstanın baş naziri Viktor Orban Floridada ABŞ-ın keçmiş prezidenti Donald Trampla görüşüb. Söhbət Mar-a-Laqodakı iqamətgahda baş tutub və bir saata yaxın davam edib.
Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, Orban hesab edir ki, Tramp Ukrayna və Yaxın Şərqə sülh gətirə biləcək şəxsdir. Çünki onun hakimiyyəti dövründə bu bölgələrdə münaqişə olmayıb.
“Bu gün prezident Trampı ziyarət etmək çox xoş idi. Bizim dünyada hörmət edilən və sülh gətirə bilən liderlərə ehtiyacımız var. O, onlardan biridir! Qayıdın və bizə sülh gətirin, cənab prezident!”, - deyə Orban Trampla görüşdən sonra öz səhifəsində yazıb.
Öz növbəsində, Amerika dövlətinin keçmiş başçısı Orbanı “mübahisəsiz fiqur” və “fantastik lider” adlandırıb.