Tailandda lisenziyasız müştərilər üçün kosmetik prosedurlar həyata keçirməkdə ittiham olunan üç Rusiya vətəndaşı saxlanılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, martın 7-də Koh Samuidə özəl klinikanın sahibi və iki işçisi tutulub. Yerli müstəntiqlərin sözlərinə görə, klinikada lazımi icazə olmadan gözəllik prosedurları, o cümlədən müxtəlif inyeksiyalar aparılıb. Saxlanılanlardan birinin Tailandda ümumiyyətlə işləmək üçün lisenziyasının olmadığı da məlum olub.
Klinikadakı bütün avadanlıqlar müsadirə edilib və biznes sahibinə qarşı ittiham irəli sürülüb.