IMG-LOGO

Dünya Bankı: Yaxın Şərqdəki müharibə qlobal iqtisadiyyata təsir göstərəcək

11 Apr 2026 07:05 4 baxış
IMG

ABŞ Prezidenti Donald Trampın elan etdiyi atəşkəs qüvvəyə minsə belə, Yaxın Şərqdəki müharibə qlobal iqtisadiyyata zəncirvari təsir göstərəcək.

"Report" xəbər verir ki, bunu Dünya Bankının prezidenti Acay Banqa "Reuters" agentliyinə müsahibəsində deyib.

Banqa bildirib ki, baza ssenarisində, müharibənin erkən başa çatması ilə qlobal artım 0,3 - 0,4 faiz bəndi, davam edəcəyi təqdirdə isə 1 faiz bəndinə qədər azala bilər.

O qeyd edib ki, inflyasiya 200 - 300 baza bəndi arta bilər, müharibə davam edərsə, çox daha yüksək bir təsirlə - 0,9 faiz bəndinə qədər artımla nəticələnər.

Xəbər lenti