IMG-LOGO

İlk uçan taksi 7-8 ay sonra istifadəyə veriləcək

08.03.2024 16:40 55 baxış
IMG

7-8 aydan sonra Hindistanda ilk hava taksisi peyda olacaq. “ePlane”in qurucusu Satya Çakravarti bildirib ki, “e200” uçan vasitəsi ilk uçuşunu edəcək.

Lent.az xarici mediaya istinadla bildirir ki, Çakravartinin sözlərinə görə, bu tip hava taksisi Hindistan şəhər mənzərələrinin mürəkkəbliklərini, o cümlədən yığcam ölçüsünə görə dəf etməyə qadirdir. Uçan taksinin akkumulyatorunun doldurulması qısa məsafəyə çatmağa kifayət edəcək.

Öz növbəsində, təyyarənin ölçüləri onun məhdud məkanda enməsinə imkan verəcək. Onun sözlərinə görə, ilk uçuş 2024-cü ilin sentyabr-oktyabr aylarında baş tuta bilər.

Eyni zamanda, belə bir nəqliyyat vasitəsi ilə uçuşların qiyməti, Uber kimi yerüstü taksi xidmətlərinin səfərlərinin qiymətlərindən iki dəfə baha olacaq. Bununla belə, istifadəçilər səyahət vaxtına əhəmiyyətli dərəcədə qənaət edə biləcəklər.

Xəbər lenti