Rusiya Müdafiə Nazirliyi Ukraynaya məxsus 12 pilotsuz uçuş aparatının (PUA) bir gecədə məhv edildiyi barədə məlumat yayıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, PUA-lar Volqoqrad və Belqorod vilayətləri səmasında zərərsizləşdirilib.
“Gecə saatlarında Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki hədəflərə qarşı təyyarə tipli PUA-lardan istifadə etməklə terror aktları həyata keçirmək cəhdlərinin qarşısı alınıb”, - məlumatda deyilir.
Nazirliyin açıqlamasına görə, Rusiya hava hücumundan müdafiə sistemləri Volqoqrad vilayəti ərazisi üzərində 11, Belqorod vilayətinin hava məkanında isə daha bir obyekti məhv edib. Xəsarət və dağıntılar barədə məlumat yoxdur.