IMG-LOGO

"Regional" BOKT maliyyə vəziyyətini açıqlayıb

10 Apr 2026 09:26 3 baxış
IMG

"Regional" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 215 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2024-cü ildən 192 min manat mənfəətlə çıxmışdı.

"Report" xəbər verir ki, ötən il "Regional"ın vergiyəqədərki mənfəəti 269 min manat (illik müqayisədə 40,1 % çox), mənfəət vergisi ödəmələri isə 54 min manat (əvvəlki il vergi ödəməyib) təşkil edib.

Bu il yanvarın 1-nə "Regional"ın aktivləri 6,588 milyon manat olub ki, bu da illik müqayisədə 41,9 % çoxdur. Bunun 4,834 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 16,1 % böyüyüb.

Hesabat dövründə "Regional"ın öhdəlikləri 14 % artaraq 4,709 milyon manata çatıb, balans kapitalı 3,7 dəfə artaraq 1,879 min manata, nizamnamə kapitalı isə 3,2 dəfə artaraq 1,6 milyon manata çatıb.

Xatırladaq ki, "Regional" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,1 milyon manatdır. BOKT-un təsisçiləri hər biri 33,3 % payla Əli Əliyev, Nahid Bəhramov və Nigar Tağıyevadır.

Xəbər lenti