IMG-LOGO

Bu ölkə prezidentinin oğlu, qəzaya düşdü

08.03.2024 05:19 53 baxış
IMG

Sudan Respublikasının Suveren Keçid Şurasının sədri, general-leytenant Abdel Fattah Al-Burhanın oğlu Mohamed Abdel Fattah Al-Burhan Rəhman Ankarada qəzaya düşüb.

Lent.az xəbər verir ki, o idarə etdiyi motosikletlə avtomobilə çırpılıb.

Hadisə zamanı motosiklet aşıb və Rəhman yerə yıxılıb.

Ağır yaralanan Rəhman təcili yardım maşını ilə Bilkənd Şəhər Xəstəxanasına aparılıb.

Avtomobilin sürücüsü saxlanılıb.

Xəbər lenti