Rusiya Prezidenti Vladimir Putin Pasxa atəşkəsi elan edib.
"Report"un xəbərinə görə, bu barədə Rusiya Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Atəşkəs 11 aprel saat 16:00-dan 12 aprel günün sonuna qədər qüvvədə olacaq. Moskva Ukrayna tərəfinin Rusiyanın nümunəsini izləyəcəyini gözləyir.
V.Putin Rusiya Silahlı Qüvvələrinə cavab tədbirlərinə hazırlığı qoruyarkən atəşkəs müddəti ərzində hərbi əməliyyatları dayandırmağı tapşırıb.