Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun ikinci yarısında Rusiyaya səfər edəcək.
"Report"un məlumatına görə, o bunu brifinq zamanı jurnalistlərə bəyan edib.
"İyunun ikinci yarısında yüksək səviyyəli görüşlərin keçirilməsi barədə razılığa gəldik", - o qeyd edib.
N.Paşinyan yenidən qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinlə apreldə keçirilən görüşü müsbət qiymətləndirir: "Artıq dediyim kimi səfəri çox uğurlu qiymətləndirirəm. Qalan hər kəs öz qiymətləndirməsində sərbəstdir".