Ukrayna səfiri Yuri Qusev və Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov Ukrayna ilə Azərbaycan arasında humanitar əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.
"Report"un məlumatına görə, səfir bu barədə sosial şəbəkələrdə yazıb.
"Genişspektrli aktual məsələləri, o cümlədən əməkdaşlığın inkişafı və humanitar qarşılıqlı əlaqələrin gücləndirilməsini, həmçinin regionlararası tərəfdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə etdik", - o bildirib.
Y.Qusev, həmçinin qeyd edib ki, birgə təşəbbüslərin praktiki şəkildə həyata keçirilməsinə və müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilib:
"Azərbaycan rəhbərliyinə və xalqına Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyə, mühüm humanitar yardıma görə minnətdarlığımızı bildiririk".