"Atəşgah Sığorta" ASC 2025-ci ili 1,684 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 49,8 % və yaxud 2 dəfə azdır.
Ötən il "Atəşgah Sığorta"nın gəlirləri 71,909 milyon manat (əvvəlki ilə nisbətən 3,2 % çox), xərcləri 69,804 milyon manat (6,6 % çox), mənfəət vergisi ödəmələri isə 421 min manat (49,8 % az) təşkil edib.
Bu ilin yanvarın 1-nə "Atəşgah Sığorta"nın aktivləri 65,841 milyon manat olub ki, bu da illik müqayisədə 19,8 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 24,1 % azalaraq 48,524 milyon manata düşüb, balans kapitalı isə 4,4 % azalaraq 17,318 milyon manata çatıb.
Xatırladaq ki, "Atəşgah Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,009 milyon manat təşkil edir. Şirkətin səhmlərinin 63 %-i "ISR Holding" MMC-yə, 27 %-i "Ran-Exim" MMC-yə, 10 %-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.