IMG-LOGO

Zelenski: Putinlə görüşə hazıram

09 Apr 2026 11:26 4 baxış
IMG

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bəyan edib.

"Report"un məlumatına görə, Zelenski bunu İtaliyanın RAI radiostansiyasına verdiyi müsahibədə bildirib.

"Mən Putinlə görüşməyə hazıram. Əlbəttə, Moskvada və ya Kiyevdə deyil. O mənimlə görüşməyə hazırdırsa, bunun üçün kifayət qədər yer var. Biz Yaxın Şərqdə, Avropada, Birləşmiş Ştatlarda, harada olursa-olsun görüşə bilərik", - o vurğulayıb.

Xəbər lenti