IMG-LOGO

Dünəndən qalan düyünü yumuşaq edəcək ÜSUL

08 Apr 2026 11:46 5 baxış
IMG
0 0

Bəzən dünən bişirilmiş düyü sərtləşir, quruyur və bir-birinə yapışaraq əvvəlki dadını və xoş teksturasını itirir. Lakin onu cəmi bir neçə dəqiqə ərzində yenidən yumşaq və dənə-dənə etmək mümkündür bunun üçün heç bir mürəkkəb kulinariya üsuluna ehtiyac yoxdur.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, saxlama zamanı düyü nəmliyini itirir və məhz buna görə sərtləşir. Dadını və teksturasını bərpa etmək üçün sadəcə ona yenidən nəm əlavə etmək lazımdır.

Ən sadə üsul: düyünü bir qaba qoyun, üzərinə 2 buz kubu əlavə edin və mikrodalğalı sobada 2-3 dəqiqə qızdırın. Buz yavaş-yavaş əriyir, yaranan buxar düyü dənələrinin arasına daxil olur və onları yenidən yumşaq və dənə-dənə edir.

Əgər əlinizdə buz yoxdursa, adi su və ya hətta bulyon da istifadə edə bilərsiniz. Sadəcə düyünün üzərinə bir az maye səpin və ya hər porsiya üçün təxminən 1 xörək qaşığı əlavə edin, qabın üzərini qapaqla örtün və mikrodalğalı sobaya qoyun. Qapaq buxarı içəridə saxlayacaq və düyü bərabər şəkildə buxarlanacaq. Qapaq olmadan bu üsul effekt verməyəcək.

Mətbəx düyü yemək məsləhətləri

Xəbər lenti