IMG-LOGO

Vens və Qalibaf İslamabaddakı İran-ABŞ danışıqlarına başçılıq edəcək

08 Apr 2026 11:49 7 baxış
IMG

İslamabaddakı İranla danışıqlarda ABŞ nümayəndə heyətinə vitse-prezident Cey Di Vens, İslam Respublikasının nümayəndə heyətinə isə parlamentin sədri Məhəmməd Baqer Qalibaf rəhbərlik edəcək.

Bu barədə "Report" İranın ISNA agentliyinə istinadən məlumat yayıb.

Xatırladaq ki, İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8 gecəsi iki həftəlik atəşkəs barədə razılığa gəliblər. İran öz tərəfindən bəyan edib ki, bu müddət ərzində İranın Silahlı Qüvvələri ilə koordinasiya və texniki məhdudiyyətlər nəzərə alınmaqla Hörmüz boğazından təhlükəsiz keçid təmin olunacaq.

Pakistan Baş naziri Şahbaz Şərif ABŞ və İran nümayəndə heyətlərini aprelin 10-da İslamabadda danışıqlar aparmağa dəvət edib.

Xəbər lenti