IMG-LOGO

Dünya ölkələrində fərqli vaxt anlayışları - Deyilən saatda gətməyin, ayıb olar

07.03.2024 00:03 48 baxış
IMG

Demək olar ki, çoxlarımız görüşə, məclisə, tədbirə gecikən insanları xoşlamırıq. Bunu həm də özümüzə hörmətsizlik hesab edirik. Maraqlıdır ki, dünyanın bir çox ölkələrində görüşlərə, tədbirlərə, məclislərə gecikmək etiket qaydalarına zidd olsa da, bunun əksi ilə də qarşılaşmaq mümkündür. 30-40 dəqiqə gecikməyin mütləq sayıldığı ölkələr də var. Burada əsas məsələ mədəniyyətlər arasındakı fərqdədir. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 1990-cı ildə amerikalı antropoloq, mədəniyyətlərarası tədqiqatçı Edvard Holl monoxrom və polixrom mədəniyyətlər bölgüsü barədə məqalə dərc edib. O, operativlik və hər şeyin öz vaxtında olması lazım olduğunun Amerika həyatında yüksək qiymətləndirildiyini deyib. Burada tələsməyən insanlar məsuliyyətsiz insanlar kimi qəbul edilir. 

Monoxrom mədəniyyətlərdə vaxt - düz istiqamətdə atılan və bir hissəni müxtəlif parçalara bölən oxdur. Bu barədə Aristotel hələ eramızdan əvvəl IV əsrdə yazıb. Bu cür yanaşma ABŞ, Almaniya, Böyük Britaniya, Skandinaviya ölkələrində yayılıb, hansısa işi müəyyən olunan vaxtda görülməsi mütləq şərtdir. Bu mədəniyyətə sahib insanlar planlamağı sevir və görüşlərə vaxtından tez gəlirlər. Polixrom mədəniyyətli ölkələrə Ərəb, Asiya, Latın Amerika, cənub-qərbi Avropa ölkələri aid edilir. Bu ölkələrdə görüşə 35 dəqiqə gecikmək problem sayılmır.  İslandiyada bu mövzuda suallara bir cavab var - “Þetta reddast” (Hər şey öz-özünə həll olar). Nəyəsə qərar vermək istəməyəndə islandlar belə deyir. Onlar sizin sənədlərinizdə nəyisə səhv salıblarsa, görüşü ləğv ediblərsə, sizin haqda unudublarsa, bu, normaldır. Vyetnamlıların sevimli sözü “sabah”dır. Onlar tələsmədən yaşayırlar, pozitivdirlər. Polixrom mədəniyyətlərdə həyat özü insanı lazımi məqsədə, lazımi məkana aparır. Ərəblərdə vaxt bölgüsü tamamilə başqa cür qurulub. Hər şey kimi zamanı da Allahın yaratdığına inanırlar. Onların fikrincə, ancaq o saatı idarə edir və nə olacağını bilir. Buna görə də, hansısa görüşə getmək istəmirsinizsə, onu ləğv etmək olar, Allah özü bu görüşün nə vaxt olacağını bilir, bəlkə də görüş heç baş tutmamalıdır. Latın amerikalılar da zamana vecsiz yanaşırlar. Braziliyaya getsəniz və yerlilər sizi şam yeməyinə dəvət etsələr, vaxtından tez və ya düz vaxtında getməyi heç düşünməyin, əks halda, onlar inciyəcəklər. Görüşə 30-40 dəqiqə sonra gedərək onlara hörmət etdiyinizi göstərə bilərsiniz, bu, ev sahibinə daha yaxşı hazırlaşmaq imkanı verir.

Xəbər lenti