IMG-LOGO

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının yarımfinal mərhələsi başlayır

08 Apr 2026 09:11 5 baxış
IMG

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinə bu gün start veriləcək.

"Report" xəbər verir ki, raundun hər iki qarşılaşması eyni gündə baş tutacaq.

İlk olaraq saat 16:00-da "Gəncə" "Turan"la üz-üzə gələcək. Saat 18:00-da isə "Milli Aviasiya Akademiyası" "DH Volley" ilə münasibətlərə aydınlıq gətirəcək.

Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.

Tərəflər arasında ikinci görüşlər aprelin 11-i və 13-də baş tutacaq.

Qeyd edək ki, reqlamentə əsasən, yarımfinal mərhələsi ev və səfər prinsipi ilə iki oyundan ibarət olacaq. Nəticəyə əsasən komandaların qələbə sayı bərabər olarsa, qalibi müəyyənləşdirmək üçün "qızıl set" oynanılacaq.

Bürünc və qızıl medal uğrunda həlledici qarşılaşmalar isə cəmi bir oyundan ibarət olacaq.

Xəbər lenti