IMG-LOGO

Zelenski Hörmüz boğazındakı vəziyyətə görə BMT TŞ-ni tənqid edib

08 Apr 2026 02:19 2 baxış
IMG

Ukrayna Prezidenti Volodimir Zelenski Hörmüz boğazı ətrafındakı vəziyyət fonunda qətiyyətli addımların atılmamasına görə BMT Təhlükəsizlik Şurasını (BMT TŞ) tənqid edib.

"Report" xəbər verir ki, bu barədə Ukrayna lideri "X" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət strateji əhəmiyyətli dəniz yollarının bloklanmasına və gəmiçilik azadlığına qarşı hücumlara yol verməməlidir.

Zelenski qeyd edib ki, Rusiya Ukrayna limanlarını və mülki gəmiçiliyi bloklamağa çalışdığı zaman Ukrayna Qara dənizdə artıq bu cür çağırışlarla üzləşib.

Ukrayna Prezidenti vurğulayıb ki, Hörmüz boğazı beynəlxalq ticarəti və həyati əhəmiyyətli iqtisadi əlaqələri təmin edən bütün gəmilər üçün açıq qalmalıdır. O həmçinin Yaxın Şərq və Fars körfəzi ölkələrinin sülhə can atmasını dəstəklədiyini bəyan edib.

Zelenski əlavə edib ki, bu regionda sülh və təhlükəsizlik bütün dünyada sabitliyə, bazarların proqnozlaşdırıla bilməsinə və yaşayış xərclərinə birbaşa təsir göstərir. Onun fikrincə, bu cür böhranlar uzanmamalıdır, dünyanın isə qlobal təhlükəsizlik çağırışlarına daha qətiyyətlə reaksiya verməyə qadir olan işlək BMT TŞ-yə ehtiyacı var.

Xəbər lenti