Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ Prezidenti Donald Trampı İranla razılaşma əldə etmək üçün son müddəti daha iki həftə uzatmağa çağırıb.
"Report" xəbər verir ki, Ş. Şərif bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
"Yaxın Şərqdə davam edən müharibənin sülh yolu ilə tənzimlənməsi üzrə diplomatik səylər yaxın gələcəkdə əhəmiyyətli nəticələrə gətirib çıxarmaq potensialı ilə sabit, inamlı və enerjili şəkildə irəliləyir. Diplomatiyanın öz işini başa çatdırmasına şərait yaratmaq üçün mən Prezident Trampdan son müddəti iki həftə uzatmağı israrla xahiş edirəm", - paylaşımda bildirilib.
Pakistanın Baş naziri həmçinin İranı xoşməramlı jest olaraq bu iki həftə ərzində Hörmüz boğazını açmağa çağırıb.
"Biz həmçinin regionda uzunmüddətli sülh və sabitlik naminə müharibənin birdəfəlik dayandırılmasına nail olmaq üçün tərəfləri iki həftə ərzində atəşkəs rejiminə riayət etməyə çağırırıq", - o yekunlaşdırıb.