IMG-LOGO

İrem Dericidən "narkotik əməliyyatına" REAKSİYA: "Bu “cadugər ovuna” son qoyulmalıdır"

07 Apr 2026 19:46 3 baxış
IMG
2 0

Müğənni İrem Derici sosial media hesabından paylaşdığı videoda məşhurlara qarşı keçirilən narkotik əməliyyatlarına kəskin reaksiya verib. İstanbulda davam edən əməliyyatlar çərçivəsində bu səhər aralarında Simge Sağın, Melek Mosso və Mustafa Cecelinin də olduğu 9 nəfərin saxlanılmasından sonra Derici bu prosesi "cadugər ovuna" bənzədib.

Lent.az Türkiyə mediasına istinadla sənətçinin çıxışından mühüm məqamları təqdim edir.

İrem Derici aparılan əməliyyatların artıq can sıxıcı olduğunu qeyd edərək, məsələnin kökünə enilməli olduğunu bildirib: "Bu ölkəyə bu pislik haradan girir? Burada yetişdirilir, yoxsa kənardan gəlir? Baronlar kimdir? Gəlin gücümüzü birləşdirib onları tapaq. Oktyabr ayında ilk əməliyyat mənimlə başlamışdı, narkotik testim mənfi çıxsa da, yaşadığım travmanı hələ də unuda bilmirəm".

Müğənni dövlətin çağırışına hər zaman hazır olduqlarını, lakin günahsız insanların səhər tezdən evdən aparılmasının böyük travma yaratdığını vurğulayıb: "Biz göz önündəyik deyə hədəf seçilirik, amma küçələrdə nələr baş verdiyini hamı görür. Bu gün saxlanılanların arasında iki uşağı olan, hələ süd verən analar var. Bu “cadugər ovuna” son qoyulmalıdır. İşin kökünü qurutmaq lazımdır".

Derici məşhur olmalarının onların da duyğuları və ailələri olduğu həqiqətini dəyişmədiyini deyib: "Yaxşı pullar qazanırıq, gözəl həyatımız var, amma sizin ananız olduğu kimi, bizim də anamız, atamız var. 70 yaşlı anam mən saxlanılanda böyük sarsıntı keçirdi. Bu hadisələr insanın içinə toxunur".

Sənətçi çıxışının sonunda heç vaxt sağlamlığına zərər verəcək maddələrdən istifadə etmədiyini, yalnız hərdən spirtli içki qəbul etdiyini bildirib.

O, saxlanılan dostlarının ifadə və tibbi ekspertizadan sonra tezliklə ailələrinə qovuşmasını arzuladığını və bu problemin birdəfəlik kökündən həll olunmasının vacibliyini qeyd edib.

İrem Derici maqazin narkotik əməliyyatları

Xəbər lenti