IMG-LOGO

Azərbaycan şirkətinin istiqrazları üzrə hərracın tarixi açıqlanıb

07 Apr 2026 18:00 5 baxış
IMG

Aprelin 16-da "Bakı Fond Birjası" QSC-də (BFB) "BQ" ASC-nin 2 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Report" bu barədə Birjaya istinadən xəbər verir.

Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd istiqraz birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək, 7 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində istiqrazları geri satın alması nəzərdə tutulmayıb.

Emitent tədavül müddətində qiymətli kağızları qarşılıqlı razılıq əsasında geri satın alına bilər.

Xatırladaq ki, "BQ"nin səhmdarı 100 % Fərman Quliyevdir. O, həm də atası Eldar Quliyevlə birlikdə "Para" ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarıdır.

Xəbər lenti