IMG-LOGO

"TCF" BOKT-un aktivləri 2 dəfədən çox azalıb

07 Apr 2026 13:54 3 baxış
IMG

"TCF" ASC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 809 min manat xalis mənfəətlə başa vurub.

"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 90,8 % çoxdur.

Ötən il "TCF"nin vergiyəqədərki mənfəəti 900 min manat (əvvəlki ilə nisbətən 54,6 % çox), mənfəət vergisi ödəmələri isə 92 min manat (26,4 % az) təşkil edib.

Bu il yanvarın 1-nə "TCF"in aktivləri 7,191 milyon manat olub ki, bu da illik müqayisədə 2,2 dəfə azdır. Bunun 3,746 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 3,8 dəfə kiçilib.

Hesabat dövründə "TCF"in öhdəlikləri 3,3 dəfə azalaraq 4,094 milyon manata düşüb, balans kapitalı isə 35,4 % artaraq 3,096 milyon manata çatıb.

Xatırladaq ki,"TCF" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 450 min manatdır. BOKT-un səhmdarı 100% "Baku Electronics" MMC-dir.

Xəbər lenti