IMG-LOGO

Çində kimya zavodunda baş verən yanğın nəticəsində üç nəfər ölüb

07 Apr 2026 10:38 3 baxış
IMG

Çinin şimal-qərbində yerləşən Qansu əyalətindəki kimya zavodunda baş verən yanğın nəticəsində üç nəfər həlak olub, daha iki nəfər yüngül xəsarət alıb.

"Report"un məlumatına görə, bu barədə "Xinhua" agentliyi yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.

Yanğın bazar ertəsi "Jinte" şirkətinin Yümen şəhərinin kimya sənaye parkında yerləşən üçmərtəbəli binasında baş verib.

Yanğının səbəbi araşdırılır.

Xəbər lenti