IMG-LOGO

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsi başlayır

07 Apr 2026 09:17 6 baxış
IMG

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinə bu gün start veriləcək.

"Report"un məlumatına görə, raundun hər iki oyunu eyni gündə keçiriləcək.

Saat 16:00-da "Murov Az Terminal" "Xilasedici" ilə qarşılşacaq. Saat 18:00-da isə "Ordu" "Neftçi" ilə münasibətlərə aydınlıq gətirəcək. Komandalar arasında ikinci matçlar isə aprelin 14-də baş tutacaq.

Matçlar Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalında təşkil olunacaq.

Qeyd edək ki, reqlamentə əsasən, yarımfinal mərhələsi ev və səfər prinsipi ilə iki oyundan ibarət olacaq. İki qarşılaşmanın nəticəsinə görə komandaların qələbə sayı bərabər olarsa, qalibi müəyyənləşdirmək üçün "qızıl set" oynanılacaq. Bürünc və qızıl medal uğrunda həlledici qarşılaşmalar isə cəmi bir oyundan ibarət olacaq.

Xəbər lenti