IMG-LOGO

Bu rayonun əksər kəndləri işıqsız qalacaq

07 Apr 2026 09:20 4 baxış
IMG
0 0

Bu gün Lerikin bəzi ərazilərində elektrik enerjisi olmayacaq.

"Azərişıq"dan Lent.az-a verilən məlumata görə, aprelin 7-də Lerik Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq “Lənkəran-1” yarımstansiyasından çıxan 35 kV-luq "Hamarat" hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Lerikin Bürsülüm, Əliabad, Hamarat, Rvarud, Veri kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Məlumata görə, təmir işləri yekunlaşdıqdan sonra ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Azərişıq Lerik

Xəbər lenti