IMG-LOGO

Əli Rza Rəhimi iranlıları elektrik stansiyaları qarşısında etiraz aksiyasına çağırıb

07 Apr 2026 07:40 3 baxış
IMG

İranın gənclər və idman nazirinin müavini Əli Rza Rəhimi vətəndaşları 7 apreldə bütün ölkəboyu elektrik stansiyaları qarşısında keçiriləcək kütləvi etiraz aksiyalarında iştirak etməyə çağırıb.

"Report"un məlumatına görə, o, bu barədə dövlət televiziyasında yayımlanan videomüraciətdə bildirib.

Rəhiminin sözlərinə görə, gənclər, idmançılar, artistlər, tələbələr və universitet müəllimləri etiraz aksiyalarına qoşula bilərlər. O qeyd edib ki, etirazların məqsədi beynəlxalq ictimaiyyətə mülki infrastruktura hücumların qəbuledilməzliyini çatdırmaqdır. Nazir müavininin sözlərinə görə, bu, müharibə cinayətidir.

Əli Rza Rəhimi həmçinin mövcud vəziyyətdə siyasi baxışlarından asılı olmayaraq iranlılar arasında ictimai həmrəyliyin vacibliyini vurğulayıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Tehran da daxil olmaqla, ölkənin ən böyük şəhərlərinə zərbələr endirilib. İran da öz növbəsində ABŞ və İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı elan edərək hücumlara başlayıb. ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı hərbi obyektlərinə hücumlar edilib.

Xəbər lenti