IMG-LOGO

Suriyadakı Əl-Hol düşərgəsi qadağan olunmuş zona elan edilib

07 Apr 2026 06:21 3 baxış
IMG

İŞİD terror təşkilatı yaraqlılarının ailə üzvlərinin saxlanıldığı Suriyanın Haseke əyalətindəki Əl-Hol xüsusi düşərgəsi və ətraf ərazilər qadağan olunmuş zona elan edilib.

"Report"un "As-Sumaria" telekanalına istinadən məlumatına görə, bu barədə düşərgə rəhbərliyi xəbər verib.

Açıqlamaya görə, Əl-Holdakı təcrid olunmuş əraziyə giriş və ya yaxınlaşmaq hər bir halda qadağandır. Qeyd olunur ki, hər hansı pozuntu dərhal həbs də daxil olmaqla, ciddi şəkildə cəzalandırılacaq.

Vurğulanır ki, bu qərar düşərgənin yeni rəhbərliyi tərəfindən həm Əl-Holun özündə, həm də ətraf ərazidə təhlükəsizlik nəzarətini gücləndirmək, eləcə də Haseke əyaləti yaxınlığında, İraqda yerləşən radikal hərbi qrupların fəaliyyətinin kəskin artması fonunda qəbul edilib.

Xəbər lenti