IMG-LOGO

ABŞ SEPAH-ın "USS Tripoli" desant gəmisinə hücum xəbərini təkzib edib

07 Apr 2026 03:21 3 baxış
IMG

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Amerikanın helikopter daşıyan, desant gəmisi "USS Tripoli"yə (LHA-7) hücum barədə xəbərini təkzib edib.

"Report"un məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının "X" sosial media platformasında dərc olunmuş bəyanatında bildirilib.

"İran İslam İnqilabı Keşikçiləri Korpusu iddia edir ki, onlar "USS Tripoli" (LHA-7) desant gəmisinə raketlərlə hücum edərək onu cənubi Hind okeanına doğru bölgədən çıxmağa məcbur ediblər. Fakt: "USS Tripoli"yə hücum olunmayıb və Ərəb dənizində "Epik qəzəb" əməliyyatına dəstək olaraq fəaliyyətini davam etdirir", - bəyanatda deyilir.

Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusunun Mətbuat xidməti İranın Silahlı Qüvvələrinin "USS Tripoli"yə (LHA-7) zərbə endirdiyini və onu Fars körfəzinin cənub sularına çəkilməyə məcbur etdiyini bildirib. SEPAH həmçinin İsraillə əlaqəli SDN7 konteyner gəmisinə zərbələr endirildiyini iddia edib. Onun vurulması barədə daha əvvəl "Fars" xəbər agentliyi məlumat verib.

Xəbər lenti