İsrail və Yunanıstan Afinaya təxminən 750 milyon dollar dəyərində PULS raket sistemlərinin (İsrail istehsalı - red) tədarükü ilə bağlı müqavilə imzalayıblar.
"Report"un xəbərinə görə, bu barədə İsrail Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, imzalanma mərasimi aprelin 6-da Afinada baş tutub. İsraili Müdafiə Nazirliyinin Beynəlxalq Müdafiə Əməkdaşlıq İdarəsinin rəhbəri, briqada generalı Yair Kulas təmsil edib.
"Müqavilə İsrail və Yunanıstan arasında müdafiə əməkdaşlığının inkişafını əks etdirir. Bu, Müdafiə Nazirliyinin müdafiə ixracatını Müdafiə Ordusunun imkanlarını qurmaq və gücləndirmək, müdafiə siyasətini irəli aparmaq, müdafiə sənayesi və iqtisadiyyatını dəstəkləmək üçün əsas vasitə kimi genişləndirmək strategiyasının bir hissəsidir", - İsrail Müdafiə Nazirliyi bildirib.