IMG-LOGO

Zelenski: Ukrayna Rusiyaya enerji atəşkəsi təklif edir

07 Apr 2026 01:24 3 baxış
IMG

Ukrayna Rusiyaya enerji atəşkəsi barədə təklif göndərib.

"Report" UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.

"Əgər Rusiya Ukraynanın energetikasına zərbələri dayandırarsa, biz də eyni şəkildə cavab verəcəyik. Amerikalılar vasitəsilə Rusiyaya belə bir təklif göndərmişik", - Ukrayna lideri qeyd edib.

Bununla yanaşı, Zelenski xatırladıb ki, Kiyev dəfələrlə Moskvaya Pasxa bayramlarında atəşkəs təklif edib, lakin Rusiya rəhbərliyi imtina edib.

Xəbər lenti