IMG-LOGO

İsrail Ordusu Tehranda SEPAH-ın obyektlərinə yeni zərbələr endirdiyini açıqlayıb

07 Apr 2026 01:44 3 baxış
IMG

İsrail Ordusunun Hərbi Hava Qüvvələri Tehrana yeni zərbələr endirib.

"Report"un məlumatına görə, bu barədə ordunun Mətbuat xidməti xəbər verib.

Qeyd olunur ki, bu dəfə hücumların hədəfi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qərargahı olub. Xüsusən Tehrandakı Baş Qərargahdakı əsas infrastruktur və Hərbi Hava Qüvvələrinin qərargahı zərbələrə məruz qalıb.

Bundan əlavə, İsrail aviasiyası ballistik raket anbarına, eləcə də İsrailə raket atmaq üçün hazırlanmış buraxılış qurğularına hücum edib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Elə həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. Buna cavab olaraq İran İsrail ərazisinə raket atıb və Körfəz ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib. Vəziyyətlə əlaqədar olaraq regionun bəzi dövlətləri hava məkanını müvəqqəti bağlayıb.

Xəbər lenti