IMG-LOGO

Məşhur aktyor "Kurtlar Vadisi"ndən ayrılma səbəbindən DANIŞDI

06 Apr 2026 19:20 2 baxış
IMG
11 0

"Kurtlar Vadisi" serialında canlandırdığı unudulmaz Aslan Akbey obrazı ilə yaddaşlara həkk olunan usta aktyor Səlcuq Yöntəm illər sonra layihədən ayrılma səbəbini açıqlayıb. 

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, jurnalist Özlem Gürsesin "YouTube" proqramında qonaq olan sənətkar fenomen serialın xüsusilə gənclər üzərindəki mənfi təsirlərindən narahat olduğunu söyləyib.

Yöntəm bildirib ki, serialın güclü süjet xətti olsa da, cinayət törədən personajların cəzasız qalması onda ciddi narahatlıq yaradıb. O, dövlət, mafiya və pul baronlarının dünyasından bəhs edən ssenarinin gedişatında ədalət mexanizminin görünməməsini tənqid edib.

Aktyorun sözlərinə görə, hər kəsin bir-birini öldürdüyü və heç kimin cəza almadığı bir mühit gənclərdə "mən də edə bilərəm" düşüncəsinin formalaşmasına yol açıb. Bu yanlış qavrayışın cəmiyyətə zərər verdiyini düşünən usta sənətkar məhz bu səbəbdən layihə ilə yollarını ayırmaq qərarına gəlib.

Karyerasına dair digər sualları da cavablandıran Səlcuq Yöntəm rol aldığı çoxsaylı ekran işləri arasında özü üçün ən əhəmiyyətli üç layihənin adını çəkib. O, "Aşk-ı Memnu", "Kurtlar Vadisi" və "Üzgünüm Leyla" seriallarını yaradıcılığının ən önəmli işləri hesab etdiyini qeyd edib.

"Kurtlar Vadisi" Aslan Akbey Səlcuq Yöntəm

Xəbər lenti