IMG-LOGO

Qətərin Baş naziri həyati vacib infrastruktura hücumlardan çəkinməyə çağırıb

06 Apr 2026 17:43 5 baxış
IMG

Qətərin baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al Tani ABŞ və İsrailin İrana qarşı əməliyyatı fonunda həyati vacib infrastruktura, xüsusilə su təchizatı, ərzaq və enerji obyektlərinə məsuliyyətsiz hücumlardan çəkindirib.

"Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, o, bu barədə Norveçin Baş naziri Yonas Qar Störe ilə telefon danışığı zamanı məlumat verib.

Qətər Xarici İşlər Nazirliyində qeyd olunub ki, bu fikirlər İranın Qətərə və region ölkələrinə qarşı əsassız hərəkətlərinə son qoyulmasının zəruriliyi kontekstində səsləndirilib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranın enerji və su obyektlərinə zərbələr endirməklə hədələyib, Tehran isə Fars körfəzi regionunda cavab tədbirlərinə hazır olduğu barədə xəbərdarlıq edib.

Xəbər lenti