IMG-LOGO

"Caspian Agro Week" və "InterFood Azerbaijan"da KOB subyektlərinin xüsusi stendi olacaq

06 Apr 2026 17:46 5 baxış
IMG

Mayın 5-8-də Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu ("Caspian Agro Week") və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi ("InterFood Azerbaijan") sərgilərində KOB subyektlərinin məhsullarının tanıdılması üçün xüsusi stend qurulacaq.

"Report" Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir ki, sərgilərdə bitkiçilik, heyvandarlıq, quşçuluq və balıqçılıq məhsulları, qənnadı məmulatları, meyvə-tərəvəz, şirələr, çay, süd və süd məhsulları, kənd təsərrüfatı və qida sənayesi üzrə avadanlıqlar, eləcə də müvafiq sektorlar üzrə xidmətlər təqdim ediləcək.

Bildirilib ki, əvvəlki illərdə olduğu kimi bu il də mikro, kiçik və orta sahibkarlıq subyektlərinin müvafiq sərgilərdə iştirakına dəstək göstəriləcək.

Məhsul və xidmətlərini KOBİA-nın stendində sərgiləmək istəyən KOB-lar 23 aprel 2026-cı il, saat 18:00-dək aşağıdakı link vasitəsilə müvafiq formanı dolduraraq ("İştirak etmək istədiyiniz tədbir" bölümündə "Caspian Agro Week" və ya "InterFood Azerbaijan" qeyd olunmalıdır) müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1

Xəbər lenti