IMG-LOGO

Qəzənfər Abbasov: Aparıcı bədii kollektivlərin bölgələrə səfəri mədəni mühiti canlandıracaq

06 Apr 2026 16:33 5 baxış
IMG

Aparıcı bədii kollektivlərin bölgələrə səfəri, oradakı çıxışı mədəni mühitin canlanmasına təkan verəcək.

Bu fikirləri "Report"a açqılamasında tanınmış xanəndə, pedaqoq, Əməkdar müəllim Qəzənfər Abbasov deyib.

Onun sözlərinə görə, Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanın aparıcı bədii kollektivlərinin genişmiqyaslı qastrol proqramı böyük əhəmiyyətə malikdir.

"Bəllidir ki, ucqar rayonlarda yaşayan vətəndaşlarımızın zəngin tarixi və özünəməxsus sənət ənənələri olan bədii kollektivlərin, eləcə də tanınmış incəsənət ustalarının konsertlərini əsasən efir-ekrandan izləmək imkanları var. Bu qastrol proqramı ilə, əslində, regionlarda yaşayan musiqisevərlərin arzuları gerçəkləşir".

Xanəndə bildirib ki, aparıcı bədii kollektivlərin bölgələrdə çıxışı həm mədəni mühitin canlanmasına təkan verəcək, eyni zamanda incəsənətə, musiqiyə maraq göstərən istedadlı gənclərin həvəsini artıracaq.

"Ona görə də bu layihənin hər il həyata keçirilməsini və bütün rayonlarımızı əhatə etməsini istəyərdim", - o əlavə edib.

Xəbər lenti